Koronavirus infeksiyasına yoluxan "Liverpul" klubunun əfsanəvi futbolçusu və baş məşqçisi Kenni Dalqliş evə buraxılıb.
Offsideplus.az xəbər verir ki, 69 yaşlı şotlandiyalı veteran futbolçu müalicəsini evində davam etdirəcək.
Qeyd edək ki, Dalqliş 1977-1990-cı illərdə "Liverpul"da çıxış edib. O, 1985-1990-cı illərdə komandada oynayan məşqçi olub.


