"Liverpul" klubunun keçmiş futbolçusu və baş məşqçisi olan Kenni Dalqliş də koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əfsanəvi oyunçunun COVİD-19 testinin cavabı müsbət çıxıb.

Qeyd edək ki, Kenni Dalqliş futbolçu kimi yalnız Şotlandiyanın "Seltik" klubunda və  "Liverpul"da forma geyinib. O, 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olub.