"Liverpul" klubunun keçmiş futbolçusu və baş məşqçisi olan Kenni Dalqliş də koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əfsanəvi oyunçunun COVİD-19 testinin cavabı müsbət çıxıb.
Qeyd edək ki, Kenni Dalqliş futbolçu kimi yalnız Şotlandiyanın "Seltik" klubunda və "Liverpul"da forma geyinib. O, 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olub.


