“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ilə komandanın futbolçusu Pol Poqbanın münasibətlərinin gərgin olduğu barədə mətbuatda məlumat yayılmışdı.

Offsideplus.az xəbər verir ki, Poqbanın agenti Mino Rayola bu məsələ ilə bağlı açıqlama verib. O, Poqbanın münaqişə barədə ona nəsə demədiyini vurğulayıb:

“İşlər pis olsa, onda məsələyə özüm qoşulmalı olacam. Ancaq hələ ki, Pol mənə münaqişə barədə heç nə deməyib.

Mourinyo ilə Pol arasında heç bir müharibə yoxdu. Poqba MY-də titul qazanmamış, klubu tərk etmək istəmir”.

Mourinyo ilə Poqba arasında münasibətlərin gərgin olması ilə bağlı xəbər fevralın əvvəlində yayılıb. “The Sun” nəşri iddia edirdi ki, Mourinyo istefaya göndərilməyəcəyi təqdirdə, Poqba MY-ni tərk edəcək.