Joze Mourinyonun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq “Mançester Yunayted”in baş məşqçi postuna gətirilən Ole-Qunnar Sulşerlə bağlı son qərar verilib.

Offsideplus.az “Mirror”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda norveçli mütəxəssislə müqavilə imzalayacaq. O, klubda illik 9 milyon avro qazanacaq.

Yeri gəlmişkən, bu, Mourinyonun məvacibinin yarısıdr. Portuqaliyalı mütəxəssis “Mançester Yunayted”də 18 milyon avro qazanırdı.