"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Atletiko"nun çalışdırıcısı Dieqo Simeonenin qeyri-etik qol sevincinə münasibət bildirib.
Offsideplus.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, argentinalı mütəxəsssin özü ilə müqayisədə az tənqid olunduğunu deyib:
"Simeonenin hərəkətini mənim etdiyimi düşünə bilərsiniz? O zaman nələr olacağını fikirləşirsiniz? Əlbəttə ki, daha çox tənqid olunardım. Mənə fərqli münasibət göstərirlər. Bunun səbəbini bilmirəm".
Qeyd edək ki, Simeone Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk matçda (2:0) komandasının ilk qolunun sevincini qeyri-etik şəkildə qeyd edib.