"Mançester Yunayted" zədəli futbolçuların çoxluğundan problem yaşayır.

Offsideplus.az-ın Brtaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.  O, komandada on oyunçunun zədəli olduğunu  deyib. Norveç mütəxəssis Ander Herrera, Xuan Mata, Cessi Linqard, Fil Cons, Antonio Valensiya, Matteo Darmian, Nemanya Matiç, Antoni Marsyalın zədə səbəbindən İngiltərə Premyer Liqasının 28-ci turunda "Kristal Pelas"la oyunu  buraxacağını deyib: "Markos Roxo və Markus Reşfordun isə matça kimi hazır olub-olmayacağı məlum deyil".

Qey edək ki, "Kristal Pelas" - "Mançester Yunayted" oyunu fevralın 28-i Bakı vaxtı ilə saat  00:00-da başlayacaq.