“Mançester Yunayted” ilkə imza atıb.

Offsideplus.az xəbər verir ki, son 8 ildə ilk dəfə Premyer Liqada ayın ən yaxşıları bu klubu təmsil edib.

Ole-Qunnar Sulşer yanvarın məşqçisi, Markus Reşford isə futbolçusu seçilib. Hər iki mükafatın MY-yə nəsib olmasına isə sonuncu dəfə 2011-ci ildə qeydə alınıb.

Həmin vaxt Aleks Ferqyuson ayın məşqçisi seçilib. Dimitar Berbatov isə ən yaxşı futbolçu adını qazanıb.