“Mançester Yunayted” 23 yaşlı forvardı ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Antoni Marsialla yeni müqavilə üçün razılığa gəlib. Klub, yay transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəyən fransalı futbolçunu saxlamağa nail olub. Onunla yaxın günlərdə 5 illik yeni müqavilə imzalanacaq.
Marsial 2015-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.