"Arsenal" Xristos Tsolisin "Brügge"dən transferini elan edib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı cinah hücumçusu London klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
Daha əvvəl keçid məbləğinin 40 milyon avro olacağı bildirilirdi.
Belçika çempionatının ötən mövsümündə Tsolis keçirdiyi 36 matçda 17 qol vurub, 23 məhsuldar ötürmə edib və “qol+assist” sistemi üzrə liqanın ən yaxşı futbolçusu olub.


