“Mançester Yunayted” klubu “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini Kasemironun uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu “qırmızı şeytanlar”ın yay transfer planlarında əsas hədəflərdən biri ola bilər.
Bildirilir ki, Tonalinin “Sent-Ceyms Park”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun klubda qalmaq qərarında “Nyukasl”ın Çempionlar Liqasına vəsiqə qazanması əsas amillərdən biri kimi göstərilir.
Mənbələrə görə, Tonali ilə yalnız “Mançester Yunayted” deyil, həmçinin “Arsenal”, “Mançester Siti” və “Yuventus” klubları da maraqlanır və vəziyyəti yaxından izləyir. Yay transfer pəncərəsində italiyalı yarımmüdafiəçi üçün ciddi rəqabətin yaranacağı istisna edilmir.



