İngiltərə Premyer Liqasında LGBT kampaniyası ilə bağlı yanaşmada dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, ueni qərara əsasən, komanda kapitanları artıq göy qurşağı rəngli kapitan sarğısı taxmağa və ya pride mövzulu isinmə formaları geyinməyə məcbur edilməyəcək.
Liqa rəhbərliyi bunun əvəzinə göy qurşağı rənglərində oyun topunun tətbiqini müzakirə edir.
Bu dəyişiklik bəzi futbolçuların etirazlarından sonra gündəmə gəlib. Məlumata görə, Premyer Liqada çıxış edən bir futbolçu öz klubuna rəsmi şikayət edib.
O, ardıcıl ikinci il “Rainbow Laces” dövründə oyun günü proqramının üz qabığında yer almasının cəmiyyətdə onun gey olması ilə bağlı yanlış təəssürat yarada biləcəyindən narahat olduğunu bildirib.
Premyer Liqa rəsmiləri vurğulayır ki, kampaniyanın məqsədi inklüzivliyi təşviq etməkdir, lakin eyni zamanda futbolçuların şəxsi mövqelərinə və narahatlıqlarına da hörmət olunmalıdır.




