İngiltərə Premyer Liqası futbolçuların LGBTQ mövzusunda göy qurşağı atributları (kapitan sarğısı və s.) taxmasını məcburi edən tələbin ləğvini nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, liqa inklüzivliyi fərqli üsulla təşviq etmək üçün LGBTQ temalı xüsusi oyun topunun tətbiqini müzakirə edir.
Bu addımın futbolçular üzərindəki məcburiyyəti azaltmaqla yanaşı, mesajın simvolik şəkildə qorunmasını hədəflədiyi bildirilir.
Qərarla bağlı yekun mövqenin yaxın vaxtlarda açıqlanması gözlənilir.



