“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş klubda qalmaq üçün yüksək maaş tələbi irəli sürüb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi yeni müqavilə çərçivəsində həftəlik 400 min funt sterlinq qazanmaq istəyir.

Fernandeş klubun idman layihəsi və gələcək planları ilə bağlı da aydınlıq gözləyir. 29 yaşlı futbolçu komandadakı qeyri-sabitlikdən və son illərdə tez-tez baş verən məşqçi dəyişikliklərindən narazıdır.

Hazırda Bruno Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayın qədər qüvvədədir və daha bir il uzatma opsiyası mövcuddur.

Futbolçunun tələbi qəbul olunarsa, o, klub tarixinin ən yüksək maaş alan oyunçularından birinə çevrilə bilər.