"Mançester Yunayted" rəhbərliyi sabah müvəqqəti baş məşqçi ilə bağlı qərar verəcək.

Offsideplus.az xəbər verir ki, rəhbərlik sabah komandanın müvəqqəti baş məşqçisi məsələsində yekun qərarını açıqlayacaq.

Başlanğıcda Ole Qunnar Sulşer favorit olsa da, son günlər hər iki namizədin görüşləri keçirildikdən sonra Maykl Karrik “güclü namizəd” olaraq önə çıxıb.

Klubun yaxın saatlarda qərarı rəsmi olaraq elan etməsi gözlənilir.