"Portu"nun heyətində ciddi itki baş verib.
Offsideplus.az xəbər verir ki, Pepe zədə səbəbi ilə bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
28 yaşlı hücumçu ilkin ehtimallara görə, 5 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Pepe 2024/25 mövsümündə 34 oyuna çıxıb və 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.