"Benfika"nın oyunçusu üç klubun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngləri Alvaro Karrerasın transferi uğrunda mübarizə aparır. 

"Barselona", "Atletik" (Bilbao) və "Real Madrid" ispaniyalı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.

Portuqallar təcrübəli müdafiəçi üçün 45 milyon avro tələb edir.

Qeyd edək ki, 21 yaşlı Alvaro bu mövsüm "Benfika"nın forması ilə 37 oyuna çıxıb və 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.