"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində mart ayı üçün qalib müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, ötən ay Premyer Liqada ən yaxşı qolu "Sabah"ın futbolçusu Tellur Mütəllimov vurub.
30 yaşlı yarımmüdafiəçi bu gün Misli Premyer Liqasının XXXI turunun "Sabah" - "Səbail" görüşündən əvvəl təltif olunub.
T.Mütəllimova mükafatı "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.