Misli Premyer Liqasının XXX turunda "Sabah" səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski məğlubiyyəti şərh edib:

"Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və "qırmızı"dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik".