Misli Premyer Liqasının 19-cu turunda "Zirə" "Araz-Naxçıvan"a qalib gəldi - 1:0.
Offsideplus.az xəbər verir ki, bu muxtar respublika təmsilçisinin ardıcıl 3-cu məğlubuyyəti oldu. "Qırmızı-bəyazlar" 17-ci turda "Sabah" (0:1), 2-ci dövrənin son matçında "Qarabağ" (0:2) uduzmuşdular.
Elmar Baxşıyevin son matçlardakı məğlubiyyətlərinin səbəbi nədir? "Araz-Naxçıvan" niyə 3 turdur qol vura bilmir? Komandada nə üçün düşüş yaşanır? Suallarımızı Ceyhun Sultanova ünvanladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında "Araz-Naxçıvan"ın son vəziyyətindən, komandanın avrokubok şanslarından danışdı:
"Məğlubiyyətlər normaldır. Hər klubun enişi də olur, qalxışı da. Düşünürəm ki, bu heyətlə avrokuboklara vəsiqə qazanmaq mümkündür. "Araz-Naxçıvan" yaxşı kollektiv formalaşdırıb. Təkcə hücumda əskikləri var. Onu da bərpa etsələr, Azərbaycan çempionatına rəng qatacaq bir komandadır".
Qeyd edək ki, "Araz-Naxçıvan" 20-ci turda "Neftçi"ni qəbul edəcək.