Qışda Olavio Juninyo "Qarabağ"ı tərk edə bilər.

Offsideplus.az-a daxil olan məlumata görə, braziliyalı forvardla Fransanın 3 klubu yaxından maraqlanır.

Yayda 27 yaşlı hücumçunu transfer etmək istəyən "Tuluza" yenidən "Qarabağ"ın qapısını döyməyə hazırlaşır. Bundan əlavə, Liqa 1-in daha 2 təmsilçisi Juninyonu almaq niyyətindədir. Söhbət "Oser" və "Sent-Etyen"dən gedir.

Adı çəkilən hər üç klub çempionatda qalmaq uğrunda mübarizə aparırlar. Komandalar qışda Juninyo ilə hücum xəttini gücləndirmək niyyətindədirlər.