Misli Premyer Liqasının IV turunda baş tutan "Araz-Naxçıvan" - "Neftçi" oyununda (1:1) dava düşüb. 

Offsideplus.az xəbər verir ki, Ramil Şeydayevin vurduğu bərabərlik qolundan sonra Rza Cəfərov və rəqib komandanın məşqçisi arasında gərginlik yaranıb. R.Cəfərov qol sevincini rəqib məşqçi heyətinə jest edərək qeyd edib. Nəticədə final fitindən sonra "Araz-Naxçıvan"ın məşqçi heyətinin üzvü "Neftçi"nin qolkiperinin üstünə "şığıyıb".

Videonu təqdim edirik: