2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, “kimyaçılar” son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş Sərtan Taşkınla "1+1" illik müqavilə imzalayıb.

Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.