"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır.

O, daha əvvəl vətənində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren" kimi klubların formasını geyinib.

S. Sissoko Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.