"Sabah" Misli Premyer Liqasının XIX turunda "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, "bayquşlar"ın Premyer Liqada 50-ci ev qələbəsi olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlar evdəki 50-ci qalibiyyətini 115-ci matçında əldə edib.
Bununla da "Sabah" turnir tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.



