AFFA tərəfindən Bakıda qapıçı məşqçiləri üçün UEFA-nın B kateqoriyalı lisenziya kurslarına start verilir.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dörd mərhələdən ibarət olacaq təlimlərin qrafiki aşağıdakı kimidir:

I mərhələ: 9-10 mart

II mərhələ: 18-20 may

III mərhələ: 10-12 avqust

IV mərhələ: 12-14 sentyabr

Məşqçilik kursunda iştirak etmək istəyənlər üçün müəyyən olunmuş ödəniş haqqı 1000 manat təşkil edir.