İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Nyukasl" səfərdə "Tottenhem"lə qarşılaşıb.
"Sağsağanlar" ilk hissənin sonlarında önə keçib. Malik Tiav fərqlənib.
İkinci hissədə isə tərəflər hərəyə bir dəfə qol vurmağı bacarıb.
"Nyukasl" Premyer Liqada 4 tur aradan sonra qələbə qazanıb. Onlar 36 xalla 10-cu yerdədir.
Tomas Frankın komandası isə son 8 oyunda qalibiyyət əldə edə bilməyib. London klubu 29 xalla 16-cı yeri tutur.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı ilk matç fevralın 18-də, Bakıda oynanılacaq.



