Azərbaycan Basketbol Liqasında (ABL) XVII tur bu gün start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə yeganə qarşılaşma olub.

"Sərhədçi" səfərdə "Lənkəran"la qarşılaşıb və onları məğlub etməyi bacarıblar - 83:69

Bu nəticədən sonra "Sərhədçi" 23 xalla 3-cü yerə yüksəlib.

"Lənkəran" isə 21 xalla sonuncu - 6-cı yerin sahibidir.