Əvəzedicilər Liqasının XV turu çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçındakı qayda pozuntularına görə AFFA İntizam Komitəsi tərəfindən sanksiyalar tətbiq edilib.

Offsideplus.az xəbər verir ki, qəbul edilən qərarlar aşağıdakı kimidir:

"Neftçi": Rəqib komandanın azarkeşlərini stadiona buraxmadığı üçün 200 manat məbləğində cərimə olunub.

"Qarabağ": Qarşılaşma zamanı 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 70 manat cərimə ödəməli olacaq.