"Tottenhem" klubu baş məşqçisi Tomas Frankla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

T. Frank ötən ilin yayından "Tottenhem"i çalışdırırdı.

Onun komandası Premyer Liqada son 8 oyunda qələbə qazana bilməyib.

Premyer Liqadakı son qalibiyyət dekabrın 28-nə təsadüf edir.

"Tottenhem" hazırda 29 xalla Premyer Liqada 16-cı yeri tutur. Onlar 18-ci pillədən cəmi 5 xal ayırır.