"Marsel" klubunda Roberto De Zerbi dönəmi başa çatıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis özü klubdan ayrılmağa qərar verib.
Rəhbərlik də onun bu qərarı ilə razılaşıb.
De Zerbi 2024-cü ilin yayından "Marsel"i çalışdırırdı.
Onun komandası Fransa çempionatının son turunda əzəli rəqibi PSJ-yə 0:5 ilə məğlub olub.
"Marsel" hazırda 39 xalla Liqa 1-də 4-cü yerdədir. Çempionlar Liqasında isə mübarizəni dayandırıblar.



