AFFA İntizam Komitəsinin növbəti iclasında "Turan Tovuz" klubu ilə bağlı sərt qərarlar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 finalında baş tutan "Kəpəz"lə qarşılaşmadakı insidentlər Tovuz təmsilçisinə baha başa gəlib:

Baş məşqçi Kurban Berdiyev oyunun 64-cü dəqiqəsində qarşılaşmanın hakimini itələdiyi və təhqir etdiyi üçün 4 matçlıq cəzalandırılıb. Bu hərəkətə görə klub 10 000 manat cərimə olunub.

Komandanın məşqçisi Yunis Hüseynov 41-ci dəqiqədə hakim qərarlarına etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəza alıb, klub isə buna görə 2500 manat ödəyəcək.

Ümumilikdə "Turan Tovuz"un büdcəsinə 12 500 manat ziyan dəyib.