"Kəpəz" Azərbaycan çempionatında maraqlı bir statistik göstəriciyə imza atıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Gəncə təmsilçisinin uzun müddətdir davam edən heç-heçəsiz oyunlar seriyası Misli Premyer Liqasının XIX turunda qırılıb.
"İmişli" ilə 0:0 hesablı bərabərliyə imza atan "sarı-göylər", düz 281 gündən sonra ilk dəfə meydanı bir xalla tərk edib.
Qərb təmsilçisi sonuncu dəfə 2025-ci ilin mayında "Neftçi" ilə bərabərə qalmışdı (2:2).
Həmin tarixdən sonra keçirilən 21 matçda komanda ya qələbə qazanmış, ya da məğlub olmuşdu (5 qələbə, 16 məğlubiyyət).


