Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" yeni siyahıda 9 pillə irəliləyib.
Ağdam təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.
"Sabah" da 13 pillə yüksəlib. 96 xalı olan "bayquşlar" 224-cü yerdən 211-ə qalxıb.
"Zirə" 63 xalla 418, "Araz-Naxçıvan" isə 59 xalla 468-ci yerdədir.
Qeyd edək ki, siyahıya PSJ başçılıq edir. Paris klubunun 595 xalı var.
"Çelsi" (496) 2-ci, "Bayern Münhen" (457) 3-cüdür.



