Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə karyerasını "Kolumbus Kryu" klubunda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, onun MLS təmsilçisində qazanacağı maaş məlum olub.
N. Axundzadə burada ilk mövsümündə 1 milyon dollar məvacib alacaq.
Növbəti sezonlarda isə bu rəqəm bir qədər də artacaq.
Qeyd edək ki, gənc futbolçu "Qarabağ"da ayına 12 min manat maaş alırdı.
(sportinfo.az)



