"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev üçün "Karvan-Yevlax"la oyun əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, bu görüşlə birlikdə Misli Premyer Liqada 100-cü matçını keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurmağı da bacarıb.
25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/2020 mövsümündə "Qəbələ"nin forması ilə Premyer Liqada debüt edən Hacıyev "qırmızı-qaralar"la 6 oyuna çıxıb.
O, "Turan Tovuz"un heyətində isə 94 görüş keçirib.


