"Real Madrid”in Enso Fernandes transferi üçün Eduardo Kamavinqanı potensial razılaşmaya daxil etməyi planlaşdırdığı bildirilir.

Offsideplus.az xəbər verir ki, bu addım Alvaro Arbeloanın fransalı yarımmüdafiəçinin yayda satılması ilə bağlı tövsiyəsi ilə də üst-üstə düşür.

Məlumata görə, “Çelsi” Enso Fernandesdən ayrılmağa qətiyyən həvəsli deyil və futbolçunu satmaq üçün maliyyə təzyiqi altında deyil. Argentinalı futbolçunun klubla müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədədir.

Buna baxmayaraq, futbolçuya yaxın mənbələr Ensonun “Real Madrid” ideyasına ciddi maraq göstərdiyini və Madrid klubu təklifi aktivləşdirsə, transferə müsbət yanaşacağını bildirir.