UFC-nin keçmiş orta çəki çempionu Xamzat Çimayev Namo Fazilin DWCS-dəki məğlubiyyətindən əvvəl baş verən insidentlə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Fazil DWCS-də Kaik Britoya qarşı döyüşdən əvvəl çəki azaldarkən 15 nəfərin, onların arasında iki nəfərin onu vurduğunu iddia edib. Fazil həmin şəxslərin çeçen olduğunu bildirib. UFC rəhbəri Dana Uayt da döyüş həftəsində döyüşçülərin yerləşdiyi oteldə müəyyən hadisənin baş verdiyini təsdiqləsə də, detallar açıqlamayıb.

Çimayev sosial şəbəkədə yayımladığı açıqlamada bunları deyib: "Sadəcə demək istəyirəm ki, iki kişi arasında nəsə baş verirsə, bunu öz aralarında həll etməlidirlər, medianın xalqlar arasında fitnə salmasına imkan vermək olmaz. Hamımız qardaşıq. Çeçenlər və kürdlər müsəlmanıq və bir olmalıyıq. Baş verənlərdən razı deyiləm. Güclü kürd xalqına hörmət edirəm. Kim pis danışırsa, bilməlidir ki, bunun həmişə nəticəsi olacaq".

Qeyd edək ki, Fazil bu məğlubiyyətə qədər səkkiz döyüşlük qələbə seriyasına malik idi. O, may ayında Rousey vs. Carano MVP tədbirində ikinci raundda tabe etmə ilə qalib gəlmişdi.