"Araz-Naxçıvan"dan ayrıldıqdan sonra "Petrokub"la anlaşan Kristian Avram yenidən klubunu dəyişib.
Offsideplus.az xəbər verir ki, qolkiper iyunda müqavilə imzaladığı klubla yollarını ayırıb.
Krisyian karyerasını Albaniyada davam etdirəcək. 32 yaşlı kiper "Vlajniya"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli qapıçı yüksək liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kristian Avram 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi. O, komandanın heyətində 102 rəsmi matçda meydana çıxıb.


