İngiltərənin "Mançester Siti" klubu Braziliyanın "Palmeyras" komandasının cinah oyunçusu Alan Andradeni heyətinə qatmaq üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu bu yay transfer pəncərəsində klubun əsas hədəflərindən biridir. Buna səbəb "Tottenhem"in Savinyo ilə bağlı danışıqlarda irəliləyiş əldə etməsidir. Lakin "Palmeyras" rəhbərliyi Alan Andradeni bu yay satmaq niyyətində olmadığını bildirib. Klub daxilindəki mənbələr vingerin transfer qiymətinin 100 milyon avro olduğunu açıqlayıb.

Alan Andrade əsas komandada debütünü 2025-ci ildə edib və bu müddət ərzində Braziliya çempionatında 48 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Qış transfer dövründə "Zenit" və "Napoli" də oyunçunu transfer etmək istəsə də, "Palmeyras" 40 milyon avrodan yüksək məbləğ tələb edib. "Zenit" 20+5 milyon, "Napoli" isə 35+5 milyon avro təklif edib.