Rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov "Qalatasaray"a keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, bu gün futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Türkiyəyə gəlib. "Lokomotiv" onun transferindən 25+4 milyon avro gəlir əldə edəcək.

Batrakov açıqlamasında bildirib: "Mən əvvəldən bura gəlmək istəyirdim. "Qalatasaray" azarkeşləri Avropada və dünyada çox yaxşı tanınır. Onlar Avropanın ən ehtiraslı azarkeşləridir. Onlarla birlikdə olmaq üçün səbirsizlənirəm".

İstanbul hava limanında Batrakov "Qalatasaray" azarkeşləri ilə birgə şüar səsləndirib.