12 qat Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsindədir. “Kəhər atlar”ın bu dəfəki rəqibi Niderland klubu “Tvente”dir. 

Offsideplus.az şanslar barədə süni intellektin fikirlərini öyrənib.

Sİ “Qarabağ”ın ən azı uduzmayacağını deyib. Dəqiq hesab kimi isə bugünkü oyunun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatacağını təxmin edib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.