Portuqaliyalı müdafiəçi Joau Kanselu "Barselona" ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə bağlayıb. Kanselu ötən mövsümün ikinci yarısını "Barselona"da icarə əsasında keçirib. 2023/24 mövsümündə isə o, "Mançester Siti"dən icarəyə götürülmüşdü.


