Coş Hartın "Nyu-York Niks"lə müqaviləsinin uzadılması gündəmdədir. Komanda NBA çempionluğundan sonra heyətini qorumaq üçün növbəti vacib qərar verməlidir.
Offsideplus.az xəbər verir ki, Hart klubdan dörd il üçün 132 milyon dollar dəyərində yeni müqavilə təklifi almaq hüququ əldə edib. Lakin liqadakı mənbələr bu variantı real hesab etmir. Onların fikrincə, daha mümkün ssenari üçillik müqavilədir. Tərəflər arasında kompromis variantı kimi 54-62 milyon dollar aralığında üçillik razılaşma müzakirə olunur. Digər mənbə isə üç il üçün 60-62 milyon dolları optimal hesab edir. 2026/27 mövsümündə Hart 20,9 milyon dollar qazanacaq. 2027/28 mövsümündə isə klubun 22 milyon dollardan bir qədər artıq dəyəri olan seçim hüququ var. Jurnalistlərin fikrincə, Hart daha yüksək məbləğli, məsələn, üç il üçün 70-80 milyon dollarlıq müqaviləyə də ümid edə bilər.


