Çikaqo Bulls-un gənc forvardı Matas Buzelis ötən mövsüm "Los Anceles Leykers"in ulduzu Luka Donçiçlə qarşılaşmasında yaşadıqlarını bölüşüb. O, bu barədə məşhur basketbolçular Vins Karter və Treysi Makqredi ilə podkastda danışıb.

Offsideplus.az xəbər verir ki, Buzelis həmin görüşdə Donçiçin ona ardıcıl 12 dəfə xal qazandırdığını və nəticədə sloveniyalı oyunçunun matçı 50 xalla başa vurduğunu bildirib. "Mən ilk hissədə 20 xal topladım, o isə 22. Fikirləşirdim ki, yaxşı gedir. Amma oyunun sonunda mənim 23, onun isə 50 xalı oldu. O, bir epizodda step-back atışı ilə məni keçdi, top havada olarkən mənə baxıb gülümsədi və atışı dəqiq yerinə yetirdi. Oyun bitəndən sonra Donçiç məni tanımadı, protokola baxmalı oldu. Amma bu məni ruhdan salmır, növbəti dəfə yenə ona qarşı danışacağam", – deyə Buzelis əlavə edib.

Litvalı basketbolçu bu cür qarşılaşmaların onu daha da gücləndirdiyini və gələcəkdə doğma şəhəri Çikaqoya çempionluq qazandırmaq istədiyini vurğulayıb.