“Qarabağ” bu axşam 5-ci rəsmi oyunda “Tvente” ilə qarşılaşacaq. Sabah son oyundan 12 il ötəcək.
Həmin qarşılaşmanın start heyətindəki futbolçular indi nə edir? Offsideplus.az bununla bağlı araşdırma edib.
İbrahim Şehiç Türkiyə 1-ci liqa təmsilçisi “Sarıyer”in formasını geyinir.
Ansi Aqolli Amerikada yaşayır. Karyerasını bitirdikdən sonra Nyu-Yorkda akademiyada çalışır.
Bədavi Hüseynov hələ də “Qarabağ”ın heyətindədir. Yəqin ki, bu axşam da start heyətində olacaq.
Rəşad Sadıqov karyerasını “Qarabağ”da başa vurub, 6 mövsümdür ki, “Zirə”də baş məşqçi kimi çalışır.
Maksim Medvedev karyerasını iki mövsüm əvvəl bitirdi. Hazırda “Qarabağ”ın əvəzədicilər komandasında baş məşqçidir.
Qara Qarayev ötən mövsüm karyerasını bitirdi və U-21 milli komandamızda məşqçi olaraq çalışır.
Riçard Almeyda da “Qarabağ”dan iki mövsüm əvvəl ayrılıb, hazırda “Pirasisaba”nın şərəfini qoruyur.
Leroy Corcun 39 yaşı olsa da, karyerasını bitirməyib. Niderland aşağı liqa təmsilçisi “Srananq”ın formasını geyinir.
“Qızıl qol”un müəllifi Muarem Muarem isə ölkəsində “Skopye”də məşqçi olaraq çalışır.
Danilo Diazın 40 yaşı var. Karyerasını başa vurduqdan sonra futbolla bağlı hansısa məşğuliyyətini tapmaq mümkün olmadı.
Reynaldo da həmçinin. Braziliyalı klub əfsanəsi də futbolçu karyerasını bitirdikdən sonra nə məşqçi, nə də funksioner olaraq çalışır.


