Dünya futbolunun canlı əfsanələrindən birini yenidən izləyə biləcəyik.
Offsideplus.az xəbər verir ki, Ronaldinyo yenidən futbola qayıdır.
O, İtaliyanın 3-cü liqasında (C Seriyası) çıxış edən "Ravenna" klubu ilə rəsmi müqavilə bağlamaq üçün ölkəyə gəlib.
-
İtaliyaya eniş və təqdimat:
Xüsusi təyyarə ilə Forli hava limanına enən 46 yaşlı əfsanəvi futbolçu axşam saatlarında çimərlikdə keçiriləcək xüsusi şou mərasimi ilə azarkeşlərə təqdim olunacaq. -
Əsas hədəf — son qol:
Ronaldinyonun bu keçiddəki əsas məqsədi peşəkar karyerasında sonuncu qolunu "Ravenna" forması altında vurmaqdır. -
Meydana çıxma ehtimalı: Ötən aydan etibarən başlayan danışıqlar yekunlaşıb və "Milan"ın keçmiş ulduzunun marketinq layihəsi ilə yanaşı azı bir rəsmi matçda meydanda olması gözlənilir.



