Moskvada keçiriləcək RAF sərbəst güləş turnirinin taleyi qeyri-müəyyən olaraq qalır. Sentyabrın 5-nə planlaşdırılan yarışın sanksiyalar səbəbindən baş tutmama ehtimalı yaranıb.

Offsideplus.az xəbər verir ki, ABŞ-ın VTB Bankına qarşı tətbiq etdiyi sanksiyalar "VTB Arena"da turnirin keçirilməsinə mane olur. Artıq Fox Nation telekanalı tədbirin yayımından imtina edib. RAF Moscow-un əsas qarşılaşmasında Xamzat Çimayev və Tayron Vudli üz-üzə gəlməli idi. Bundan əlavə, Anatoli Malıxin, Abdulraşid Sadulayev, Yusif Raisov, Bo Nikal və digər tanınmış güləşçi və MMA döyüşçülərinin də turnirdə iştirakı nəzərdə tutulub. İslam Maxaçev isə açıqlamasında bildirib ki, RAF-da çıxış edə bilər, lakin hazırda diqqətini güləşə yönəltmək istəmir.