Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan idmançısı İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, titullu paracüdoçu yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel İnqlişi, finalda isə ispaniyalı Qarros Suaresi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Zəkiyevin karyerasında 10-cu Avropa çempionluğudur.
Qeyd edək ki, turnirdə daha əvvəl təmsilçilərimizdən Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.


