NBA-nın ulduz oyunçusu LeBron Ceyms şəxsi "yutub" kanalını yaradıb və qısa müddətdə böyük maraqla qarşılanıb.
Offsideplus.az xəbər verir ki, LeBron Ceyms sosial şəbəkədə paylaşım edərək yeni kanalının açıldığını elan edib. O bildirib: "2016-cı il 'Kavs'ın birləşmə turumuz sizə çox xoş gəldi, ona görə də sizə daha çoxunu göstərmək qərarına gəldim. YouTube kanalımda həyatımı, o cümlədən qolf meydanında və ondan kənarda baş verənləri izləyə bilərsiniz. Başlayaq!"
İlk videoda azarkeşlər LeBron Ceyms, Kevin Lav, Riçard Cefferson, Çenninq Fray, Cey Ar Smit və Tristan Tompsonun Şotlandiyada qolf oynayarkən söhbətlərini izləyə biliblər. Kanalın açılışından cəmi 2,5 saat sonra abunəçilərin sayı 185 minə çatıb.


